Əsas Məhsul Portfolio

Agrodrip Xaçmazda stendlə təmsil olunub

Agrodrip Xaçmazda stendlə təmsil olunub

Xaçmaz rayonunda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı baş tutub.

 

Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və “Food City Agrocomplex”in birgə təşkilatçılığı ilə keçirilib. 

 

Tədbir çərçivəsində Xaçmaz rayonundan olan fermerlər və təsərrüfat sahibləri öz məhsullarını - xüsusilə də yerli şaftalı sortlarını sərgiləyiblər. Sərgidə kənd təsərrüfatı məhsulları ilə yanaşı, texnoloji yeniliklər, innovativ aqrar xidmətlər və müxtəlif yerli brendlər də təqdim olunub.

 

Festivalda iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Agrodrip Suvarma Sistemləri şirkətinin də stendini ziyarət edib. 

 

Rayon rəhbərinə şirkətin fəaliyyət istiqamətləri, təqdim etdiyi suvarma avadanlıqları və xüsusən də Şimal bölgəsində reallaşdırdığı layihələr haqqında ətraflı məlumat verilib. 

 

Bildirilib ki,  Agrodrip MMC kənd təsərrüfatı təyinatlı suvarma sistemləri sahəsi üzrə ixtisaslaşıb. Şirkət layihələndirmə, təchizat, quraşdırma və servis xidmətləri göstərməklə “açar təslim” sifarişlər icra edir.

 

Festival gün ərzində maraqlı və rəngarəng proqramla davam edib. Yerli sakinlər, turistlər və ailələr üçün təşkil olunan mədəni-əyləncəli proqramlar, folklor çıxışları, kulinariya təqdimatları və dequstasiya guşələri tədbirə xüsusi rəng qatıb.