Səbət
Səbətə məhsul əlavə etmək üçün giriş edin.
Səbətə məhsul əlavə etmək üçün giriş edin.
Quraşdırmadan sonra da müştərilərimizlə əlaqədə qalaraq, onlara təlimlər keçir və uzunmüddətli texniki dəstək göstəririk. Suvarma sistemlərinin uzunömürlü və stabil fəaliyyət göstərməsi üçün müntəzəm olaraq texniki baxışlar aparır, avadanlıqları yeniləyir və mümkün ola biləcək problemləri operativ şəkildə aradan qaldırırıq.
Suvarma sistemlərində hər hansı bir nasazlıq olduqda texniki komanda dərhal müdaxilə edə və problemi yerindəcə aradan qaldıra bilər.
Sistemlərin müntəzəm yoxlanılması ilə nasazlıqlar və sızmalar erkən aşkarlanır, bu da məhsuldarlığı artırır və su itkisinin qarşısını alır.
İstifadə zamanı sıradan çıxan ehtiyat hissələri tez bir zamanda dəyişdirilərək, sistemin davamlılığı təmin edilir.
Müştərilərə sistemin düzgün istifadəsi və texniki baxımı barədə məlumat vermək üçün təlim və konsaltinq xidmətləri də göstəririk.
Suvarma sistemlərinin düzgün işləməsi üçün boru xətləri və filtrlərin müntəzəm təmizlənməsi vacibdir. Bu xidmət sistemin uzun ömürlü olmasını təmin edir.
Mövsümə və bitki növünə uyğun olaraq suvarma səviyyələrini və vaxtlarını optimallaşdırmaq üçün sistemin proqramlaşdırılmasını həyata keçiririk.