Əsas Məhsul Portfolio

Qusarda Aqrar Biznes Festivalı keçirilib

Qusarda Aqrar Biznes Festivalı keçirilib

Kənd təsərrüfatında innovasiyaların təşviqi, fermerlərin müasir kənd təsərrüfatı texnologiyalarına çıxış imkanlarının artırılması və keyfiyyətli toxum bazarının formalaşdırılması məqsədi daşıyan növbəti festival Qusar rayonunda baş tutub.

 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası bölgə fermerlərini, sahibkarları və aqrar sahənin iştirakçılarını bir araya gətirib.

 

Sərgidə Agrodrip Suvarma Sistemləri şirkəti də stendlə təmsil olunub.